Misir Mərdanova şok sürpriz edilə bilər
13:08 16-03-2013
İQTİSADİYYAT
Təhsilə nəzarət edən qurum yaradılması təklif olunur
2013-cü il üçün dövlət büdcəsindən təhsilə 1 530 482,6 min manat pul ayrılıb. Təhsil Nazirliyinin mətbuata verdiyi açıqlamada bildirilir ki, dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin 9,5%-nin məktəbəqədər və ibtidai təhsilə, 52.2%-nin natamam və orta təhsilə, 3.5%-nin internat və xüsusi məktəblərə, 25,4% -i isə təhsil sahəsində digər xidmətlərə ayrılacaq.
Maraqlıdır ki, büdcədən ayrılan məbləğ təhsilin inkişafına necə təsir göstərəcək? Bu məsələyə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və Təhsil komissiyasının keçmiş sədri, təhsil eksperti Şahlar Əsgərov münasibət bildirib. Ekspert qeyd edib ki, təhsildə əsas problem nəzarət sisteminin olmamasıdır. Onun sözlərinə görə, təcili olaraq təhsil sahəsinə nəzarət edən qurum yaradılmalıdır: “Təhsildə maliyyə əsas məsələlərdən biridir. Büdcə ayırmaq, ayrılan pulun miqdarını artırmaq elə də çətin deyil. Əsas məsələ ayrılan büdcəyə nəzarət edilməsidir. Azərbaycanda bu nəzarəti həyata keçirə biləcək qurum yoxdur. Mən bu məsələyə həmişə toxunuram, həmişə deyirəm ki, elm və təhsil sahəsində təkcə büdcəyə yox, mənəvi dəyərlərə, davranışlara və s. nəzarət edən qurum olmalıdır. Belə bir qurum yaranmadıqca, güclü nəzarət sistemi olmadıqca təhsilə neçə milyard pul ayrılmasının fərqi yoxdur. SSRİ dövründə imkan verməzdilər ki, büdcədən pul oğurlansın. Çünki, belə məsələlərə iki cür nəzarət var idi: biri xalq, digəri partiya nəzarəti. İndi xalq nəzarətini qeyri-hökumət təşkilatları və KİV yerinə yetirir. Ancaq bu kifayət deyil. Təhsilin inkişafı üçün maliyyə məsələləri ilə yanaşı nəzarət sisteminə də diqqət etmək lazımdır”, - deyə Ş.Əsgərov bildirib.
Mövzu ilə bağlı bizim söhbətləşdiyimiz və adının çəkilməsini istəməyən ekspert isə təhsilə ictimai nəzarəti həyata keçirən qurum yaradılması ideyası yeni deyil və onun tərəfdarları çoxdur. «Bu təklifin indi bir daha gündəmə gəlməsi maraq doğurur. Doğrudur, təhsil naziri Misir Mərdanovun belə bir qurumun yaradılmasına isti yanaşmır, amma onun iqtidariçi proseslərdə əvvəlki gücünü, təsir imkanlarını itirməsi sözügedən ideyanın gerçəkləşməsinin önünə keçə biləcəyini istisna edir».
Ekspertin fikrincə, təhsil ölkənin korrupsiyalaşmış sahələrindən biridir, bu isə ən strateji sahənin təhlükə altında olduğunu deməyə əsas verir: «Mərdanovun nəzarətindəki büdcə vəsaitlərinin artırılması isə təhsil sistemində korrupsiya imkanlarının dərinləşməsi ehtimalı yaradır. Buna mane olmağın əsas yollarından biri təhsilə ictimai nəzarəti həyata keçirmək və bunun üçün ayrıca qurum yaratmaqdır».
Ekspert bu ideyanın gerçəkləşəcəyini istisna etmir, eyni zamanda bunun Mərdanov üçün xoş olmayan sürprizə çevriləcəyinə inanır.
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55