Şəmkirdə sahibkarlar «Azəriqaz»a qarşı
13:09 16-03-2013
İQTİSADİYYAT
«Parnik» sahiblərindən rüşvət istənilir?
Şəmkir rayonunda sahibkarların «Azəriqaz»dan narazılığı var. Buna səbəb isə onların işlətdikləri istixanalarla («parnik») yaranan problemlərdir.
Əldə etdiyimiz məlumata görə, «parnik»lərə qaz çəkilməsi zamanı sahibkarlar ciddi problemlərlə üzləşirlər: «Onlardan buna görə rüşvət istənilir. Həm də tələb olunan qanunsuz «haqq» böyük məbləğdədir. Elə «parnik» sahibi var ki, ondan 10 min manat istəyirlər».
Məlumata görə, əsasən Moskva bazarlarını tərəvəzlə təchiz edən Şəmkir istixanalarının sayı 3300-ü keçib. İstixana salınan sahələrin ümumilikdə ərazisi isə 500 hektardan çoxdur.
Minlərlə ailənin çörəyi məhz bu «parnik»lərdən çıxır. Amma bəzi məmurların özbaşına hərəkətləri istixana sahiblərini pis vəziyyətdə qoyur. «Əsas problem qazla bağlıdır. Təsərrüfat sahibləri istifadə etdikləri qazın pulunu vaxtlı-vaxtında ödəyirlər. Bunda problem yoxdur. Problem «parnik»lərə qaz verilməsi zamanı ortaya çıxır. Bunun üçün istixana sahiblərindən pul tələb edilir. «Parnik» sahibləri məcbur olub yanacaq alırlar. Bu isə xərcləri daha da artırır».
Maraqlı orasıdır ki, Şəmkirdə istixanaların qazla təmin edilməsi ilə bağlı problem yerli məmurların, imkanlı şəxslərin nəzarətindəki «parnik»lərdə rastlanmır. Bunun səbəbini isə «Azəriqaz»ın yerli rəhbərliyindən soruşmaq lazımdır.
Digər Xəbərlər
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39