Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”, - deyə o qeyd edib.
Spiker Sahibə Qafarova Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova tapşırıq verib ki, bu məsələyə baxılsın: "İntizam komissiyasını yığın və bu məsələ ilə ciddi məşğul olun, mənə məruzə edin", - deyə spiker bildirib.
Deputatlar da sədrin tapşırığını dəstəkləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.
Anar Kəlbiyev