Konqo Demokratik Respublikasının cənubundakı Lualaba əyalətinin mərkəzi Kolvezi şəhərindəki katolik məktəbində yanğın baş verib.
"Unikal" xəbər verir ki, məktəbin yataqxanasında başlayan yanğının daha sonra məktəbin ibtidai və orta təhsil binalarına keçdiyi öyrənilib. Onlarla məktəbli qız alovdan xilas olmaq üçün təxminən 3 metr hündürlükdən damdan tullanıb.
Ən azı 97 şagirdin xəstəxanaya yerləşdirildiyi, 30 şagirdin isə bədənində sınıq olduğu bildirilib.
Yanğının səbəbi hələ məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlayıb.