Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün bütün istiqamətlərdə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
"Regiondakı vəziyyət, ilk növbədə, ciddi narahatlıq doğuran Dağlıq Qarabağda Rusiya sülhməramlı qoşunlarının məsuliyyəti zonasında vəziyyətin gərginləşməsi kontekstində ətraflı müzakirə edilib", - məlumatda deyilir.
Bundan əlavə, onlar əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Ağarza Elçinoğlu