“Gərgin iş rejimi nəticəsində canlı yayımda halım pisləşdiyinə görə “keçmiş olsun” arzularını çatdıran, dualarını əskik etməyən millətimin hər bir fərdinə, hər bir qardaşıma təşəkkür edirəm”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O bildirib ki, həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün evdə istirahət edəcək: “Kırıkkaleli, Yozqatlı ve Sivaslı qardaşlarımızla təəssüf ki, bu gün görüşə bilməyəcəyik. Hər birindən xahiş edirəm ki, haqlarını halal etsinlər. Bu gün vitse-prezident Fuat Oktay Kırıkkale, Yozqat ve Sivasa gedəcək. Allahın köməkliyi ilə sabahdan etibarən işlərimizə davam edəcəyik. Əziz millətimizi Türkiyə yüz ili hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik. Bütün vətəndaşlarımıza sağlamlıq arzulayıram”.