Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı səfirliyinin 10 nümayəndəsini və müdafiə məsələləri üzrə attaşenin əməkdaşlarını persona non-qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, aprelin 26-da Rusiya Xarici İşlər Nazirliyi Norveç səfiri Robert Kvieleni çağırıb. Onlar Oslonun Rusiyanın Norveçdəki səfirliyindən 15 diplomatı və hərbi attaşe aparatının əməkdaşlarını ölkədən qovmaq qərarı ilə bağlı ona “qəti etiraz”larını bildiriblər.