Tacikistanın Əfqanıstanla dövlət sərhədini qanunsuz keçməyə cəhd edən beynəlxalq terror təşkilatının üzvləri məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, beynəlxalq terror təşkilatının iki üzvü terror aktı törətmək məqsədi ilə Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayəti ərazisində Əfqanıstan ərazisindən dövlət sərhədini qanunsuz keçib.
"Hər iki terrorçu Tacikistanın hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib, terrorçuların və onların havadarlarının pis niyyətli planının qarşısı alınıb", - XİN açıqlayıb.
Ağarza Elçinoğlu