Aprelin 28-də İrəvanda birinci Rusiya-Ermənistan mədəni təhsil forumu keçiriləcək. 

"Unikal" xəbər verir ki, forum Rusiyanın Mədəniyyət Nazirliyi və Ermənistanın Təhsil, Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil mühitinin yaxşılaşdırılması, kadr hazırlığı, universitetlərin işinə texnologiyaların və innovasiyaların tətbiqi məsələlərinin müzakirəsi planlaşdırılır.

Tədbir çərçivəsində, o cümlədən, Moskva Dövlət Mədəniyyət İnstitutunun ustad dərsləri keçiriləcək. Həmçinin Ermənistanda Rusiya Kinosu Günləri açılacaq.