"Mən həmkarıma Azərbaycanın postmünaqişə dövrünə baxışlarını çatdırdım. Eyni zamanda, postmünaqişə dövrünün mərhələləri və aspektləri barədə məlumat verdim".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat kobnfransında deyib.
O qeyd edib ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından etibarən tərəflər arasında görüşlər baş tutmayıb.
"Tərəfdaşların çoxsaylı təkidləri və çıxışlarından sonra yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir", - deyə nazir bildirib.