"Azərbaycanda himayədar ailə mexanizmi qanunvericilikdə nəzərdə tutulsa da, bu vaxta qədər tətbiq olunmayıb. Bu model Azərbaycan üçün yad deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova deyib.
Onun sözlərinə görə, ölkəmizdə elə ailələr var ki, öz qohumlarının, yaxınlarının uşaqlarını götürüb onlara himayədarlıq edirlər: "Yəni, bizim mədəniyyətimizdə bu cür himayədarlıq olub. Artıq bunun hüquqi bazası yaradılır, qanunla tənzimlənəcək. Bu da himayədar ailələrin çoxalması ilə bağlı motivasiya rolunu oynayacaq. Birdən-birə himayədar ailələrin sayının da çox olmasını gözləmək lazım deyil. Bunun üçün təbliğat aparılmalıdır. Qardaş Türkiyədə 8 mindən çox himayədar ailə var", - deyə deputat bildirib.
Anar Kəlbiyev