Serbiya lideri Aleksandr Vuçiç səhhətinin pisləşməsi ilə bağlı məlumatların doğru olmadığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Sputnik Serbiya"ya danışıb.
Aleksandr Vuçiç özü Serbiyaya planlı səfərə getdiyini bildirib.
"Mən yaxşıyam. Bu gün Serbiyaya səfərə gedirəm", - Serbiya Prezidenti deyib.
***09:43
Serbiya Prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, Serbiya liderinin səhhətində problemlər yaranıb.
Rəsmi qurumlar dövlət başçısının səhhəti barədə açıqlama verməyib.
Gülayə Mecid