Ukrayna Rusiyanın tammiqyaslı işğalının ilk günündən Çexiyanın dəstəyini yüksək qiymətləndirir.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çexiyalı həmkarı Petr Pavellə görüşündə deyib.
"Buça və Borodyankaya səfərlə başlayan bu səfərə görə təşəkkür edirəm. Biz genişmiqyaslı işğalın ilk günündən Çexiya Respublikasının, Çexiya hökumətinin və bütün cəmiyyətin dəstəyini yüksək qiymətləndiririk", - deyə Zelenski qeyd edib.
Daha sonra Ukrayna lideri Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova ilə görüş keçirib. O, Çaputova ilə görüşdə ölkəsinə Ukraynaya humanitar və müdafiə dəstəyinə görə təşəkkür edib.
O, Ukraynanın yenidən qurulmasında Slovakiyanın köməyinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, hər iki ölkə NATO ölkəsidir.
***11:01
Çexiya Prezidenti Pyotr Pavel və Slovakiya dövlət başçısı Zuzana Çaputova Ukraynaya səfər ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Çexiya və Slovakiya dövlət başçıları Ukrayna lideri Zelenski və digər rəsmi şəxslərlə danışıqlar aparacaq.
Ağarza Elçinoğlu