Taylandın paytaxtı Banqkokda qadın keçmiş sevgilisi də daxil olmaqla 12 dostunu sianid turşusu (HCN) ilə zəhərləyərək öldürüb.
"Unikal" xəbər verir ki, Sararat Rangsivuthaporn adlı qadın hadisədə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Bildirilir ki, Sararat ilə tətilə gedən dostları çay sahilində huşlarını itirərək yerə yıxılıblar. Ətrafdakı insanlar onları xəstəxanaya çatdırsa da, həyatlarını xilas etmək mümkün olmayıb.
Tayland polisindən verilən açıqlamada ekspertiza zamanı ölən 12 nəfərin bədənində sianid aşkar edildiyi bildirilib.
Ölən şəxslərin telefonlarını və pulqabılarını oğurlayaraq, ərazidən uzaqlaşan Sararat isə polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Seymur Əli