Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) axtarışda olan daha bir PKK üzvünü saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə MİT-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, barəsində terror təşkilatlarına silah vermək ittihamı ilə 15 il azadlıqdan məhrumetmə cəzası olan Rasim Akyol ölkə xaricində keçirilən əməliyyat nəticəsində tutularaq Türkiyəyə gətirilib.
Onun 2018-ci ildə Hatayda 25 kiloqram partlayıcı maddə ilə tutulan PKK üzvlərini silah və partlayıcı maddə ilə təmin etdiyi bildirilir.