İndoneziyanın Sumatra adası yaxınlığında gəmi batıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qayıt tipli gəminin batması nəticəsində azı 11 nəfər ölüb. İtkin düşən 9 nəfərin axtarışları davam edir.

Məlumata görə, gəmidə ümumilikdə 78 nəfər olub. 

Ağarza Elçinoğlu