Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovanın baş naziri Dorin Reçanın Rusiya dövlət başçısının ölkəyə girişinə qadağa qoyulması ilə bağlı bəyanatını şərh edib. 

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir  ki, Peskovun sözlərinə görə, Moldova dost olmayan ölkəyə çevrilməyə çalışır. 

"Moldova indi bizim üçün dost olmayan ölkəyə çevrilməyə çalışan ölkədir. Bu mənada təəssüf hissi ifadə etmək olar”, - deyə Peskov qeyd edib.