Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (XİN) açıqlayıb.
XİN bəzi Rusiya rəsmilərinin respublika ilə bağlı açıqlamalarından sonra Vasnetsovu çağırmaq qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl Moldovanın baş naziri Dorin Reça Rusiya dövlət başçısı Vladimir Putinin ölkəyə girişinə qadağa qoyulduğunu bildirmildi.
Ağarza Elçinoğlu