Rusiya prezidenti Vladimir Putin KTMT-nin Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında qanun imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin saytında məlumat dərc olunub.
Qanuna əsasən, təşkilatın üzvləri bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq edir.
"Dördüncü protokol KTMT-yə üzv dövlətlərin bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq etməsini nəzərdə tutur, əlavə olaraq, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə baş katibin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin mümkünlüyünü müəyyən edir", - deyə sənədə əlavə edilmiş izahat qeydində deyilir.
Ağarza Elçinoğlu