Rusiya prezidenti Vladimir Putin dövlətə xəyanətdə təqsirli bilinənlərin ömürlük həbs edilməsi haqqında qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, bu cəza tədbiri casusluq və əcnəbilərə dövlət sirri təşkil edən məlumatların verilməsi zamanı tətbiq oluna bilər.
Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin 275-ci "Dövlətə xəyanət" maddəsi ilə ən yüksək cəza 20 il idi.
Ağarza Elçinoğlu