ÇXR Əmək bayramının qeyd olunması ilə bağlı tədbirlərlə əlaqədar Qırğızıstanla sərhədini müvəqqəti bağlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
Sərhəd, xüsusən aprelin 29-dan mayın 1-dək bağlı olacaq.
“Çin tərəfinin təşəbbüsü ilə Çin Xalq Respublikasında Əmək Gününün qeyd olunması ilə əlaqədar aprel ayından etibarən Qırğızıstan-Çin dövlət sərhədində yerləşən “Toruqart-avtodorojnı” və “İrkeştam-avtodorojnı” buraxılış məntəqələri 29-dan 1 may 2023-cü ilədək müvəqqəti olaraq bağlanacaq. ” - mətbuat xidmətinin nümayəndəsi bildirib.
Departamentdən bildirilib ki, şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin keçidi mayın 2-dən bərpa olunacaq.