Fransa Ermənistan və Azərbaycanın Kişinyovda dialoq aparacağına ümid edir.
"Unikal" xəbər verir ki, bunu Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona bildirib.
“Məqsədimiz tərəflər arasında nazirlər səviyyəsində, bəlkə də daha yüksək səviyyədə görüşlər təşkil etməkdir, biz bunun üzərində işləyirik və bu proses bizim tərəfimizdən səy tələb edir”, - deyə o bildirib.
İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda 47 ölkənin nümayəndəsinin iştirak edəcəyi Avropa Siyasi Birliyinin ikinci iclasının keçirilməsi planlaşdırılır.