"Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə".
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.
Aprelin 24-də Azərbaycan və Türkiyə bayraqlarının Ermənistanın əsas meydanında yandırıldığını qeyd edən dövlət başçısı bildirib: “Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir”.