"Berlin 80-ə qədər “Leopard 1” tankını Kiyevə təhvil verməyi planlaşdırır".
"Unikal" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “La Vanguardia” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, tədarüklər yaya yaxın başlayacaq.
O, həmçinin bu texnika üzrə Ukrayna ordusunun işə başladığını elan edib.
Nazir əlavə edib ki, Hollandiya və Danimarka da tədarüklər elan edib.