"Ankara Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə Sudanda münaqişə tərəfləri arasında dialoq qurmağa hazırdır".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Prezident Ərdoğan bildirib ki, Türkiyə Sudanda münaqişənin hər iki tərəfi ilə dialoq qura bilən ölkə kimi tərəfləri yenidən sülh danışıqlarına dəvət etmək və aralarındakı mübahisələri həll etmək üçün BMT ilə əməkdaşlığa hər zaman hazırdır". -Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.
Bundan əvvəl Ərdoğan Sudandakı silahlı münaqişə tərəflərini Ankarada danışıqlar aparmağa və münaqişənin dayandırılması şərtlərini müzakirə etməyə dəvət edib.
Ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin komandiri, Hemetti kimi tanınan Məhəmməd Həmdan Daqalo arasında münaqişə açıq mərhələyə keçib.
Sudan nəşrinin məlumatına görə, son iki gündə Ərdoğan danışıqları təşkil etmək üçün dəfələrlə Hemetti və əl-Burhana zəng edib.