ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində cümə günü atışma nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə ABC televiziya şirkətinin yerli filialı polisə istinadən məlumat yayıb .

Zərərçəkmiş xəstəxanaya çatdırılıb, vəziyyəti barədə məlumat yoxdur. Şübhəlilərin həbsi ilə bağlı məlumat verilməyib.