Bu həftə Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında mina partlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi məlumat verib.
O bildirib ki, stansiyanın yaxınlığında bir mina partlayıb. Qrossinin sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye AES-də olan ekspertləri də raket hücumu xəbərdarlığından sonra sığınacağa qaçmağa məcbur olublar. Eyni zamanda, bölgədə döyüş əməliyyatları davam etdiyi üçün uzaqdan atəş səsləri də eşidilib.