Bu gün Azərbaycan Qran-prisində növbəti yarışlar keçiriləcək.

"Unikal" xəbər verir ki, həm "Formula 1", həm də "Formula 2"də sprint təşkil olunacaq.

Azərbaycan Qran-prisində ikinci günün proqramı

12:30. "Formula 1" Sprint Shootout (təsnifat)

15:00. "Formula 2"də əsas sprint yarışı

17:30. "Formula 1"də əsas sprint yarışı

Qeyd edək ki, ötən gün "Formula 1"də "Red Bull" pilotu Maks Ferstappen birinci sərbəst yürüşdə, "Ferrari"dən Şarl Lekler sıralama turunda lider olub. İkinci dərəcəli pilotlarda isə "Prema Racing"dən Oliver Bearman hər iki mübarizədə rəqiblərindən üstün olub. Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.