Gimnastımız Nikita Simonov Misirin Qahirə şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal əldə edib.

"Unikal" xəbər verir ki, milli komandamızın üzvü halqalar ilə hərəkətlərin icrasında birinci yeri tutub.