Bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Arorat Mirzoyanın görüşü baş tutacaq. 

"Unikal" xəbər verir  ki, Bakı vaxtı ilə saat 17:00-da Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.  

Daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar başlayacaq. Üçtərəfli görüşün Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.

Gülayə  Mecid