“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Bildirilib ki, Ronaldo Səudiyyə Ərəbistanına uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin dil problemi ulduz futbolçuya mane olur. Ronaldo Madridə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, futbolçu 2009-cu ildən 2018-ci ilədək Madridin “Real” klubunun şərəfini qoruyub.