ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündən paylaşım edib.
"Unikal" xəbər verir ki, tviter səhifəsindəki paylaşıma Blinken bu sözləri yazıb:
“Bu həftə yeni binamız - Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardı", - deyə qeyd edilib.