Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi uğurla yekunlaşıb.
"Unikal" xəbər verir ki, layihə çərçivəsində gənclər təşkilatları üçün sonuncu təlim Tatyana Ravalli ilə baş tutub. Təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə təşkilatların PR və kommunikasiya strategiyasının düzgün qurulması, sosial media hesablarının analizi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda iştirakçların ünvanladığı suallar cavablandırılıb.