Azərbaycan Premyer Liqasının 32-ci turunda baş tutan “Zirə” – “Turan Tovuz” oyunu qalmaqalla yadda qalıb.
“Unikal” xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahibləri qol vursa da, baş hakim Rauf Cabbarov ofsayd qərarı verib.
Lakin epizodun təkrarında ofsaydın olmadığı aşkar görünür. Maraqlıdır ki, buna baxmayaraq referi VAR-da təkrara baxmır və qərarı qüvvədə saxlayır.
Daha bir maraqlı məqam odur ki, həmin epizodda VAR tərəfindən ofsayd xətti əyri çəkilir. Bu da etirazlara səbəb olub.