Boksçu Erik İsraelyan Ermənistan Respublikası vətəndaşlığından imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində bildirib.
İdmançı başqa ölkəyə getdiyini bildirib. O, getdiyi ölkənin bayrağı altında çıxış edəcəyini açıqlayıb.
Qeyd edək ki, sözügedən boksçu 2022-ci ildə Avropa və Dünya çempionu olub.
Ağarza Elçinoğlu