Ulu Öndərin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin Milli Müdafiə Universiteti və Azərbaycan Kikboksinq Federasiyası ilə birlikdə təşkil etdiyi kikboksinq üzrə Heydər Əliyev kuboku yarışının final mərhələsi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirin açılışını Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev açıb. General belə bir tədbirin keçirilməsinin önəmini qeyd edərək, idmançılara uğurlar arzulayıb.
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kikboksinq Federasiyası prezidenti Orxan Əliyev çıxış ediblər.
Natiqlər Ulu Öndərin Azərbaycan xalqının həyatında tarixi rolunu, Azərbaycanı parçalanmadan necə xilas etdiyini, bu gün onun siyasi kursunu Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıblar. Ölkə idmanın dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsində Azərbaycan idmançılarının beynəlxalq səviyyədə uğurlar qazandığını bildiriblər.
Tədbirdə Ulu Öndərin əziz xatirəsinə ehtiram ifadə olunmuş, onun əziz xatirəsinə həsr olunmuş turnirdə qalib idmançılar mükafatlandırılıb.