“Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşıdır”.
"Unikal" xəbər verir ki, bunu Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündən sonra rəsmi tviter səhifəsində yazıb.
“Azərbaycan ümumavropa qaz tədarükçüsüdür. Eyni zamanda, əməkdaşlığımız qaz sektorundan çox-çox kənara çıxır, çünki bərpa olunan enerji mənbələri sahəsində hələ də böyük potensial var”, - Avropa komissarı qeyd edib.
Onun sözlərinə görə, Avropa bu qışı yarım dolu qaz ehtiyatları, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla başa vurub.
“Biz buna Aİ ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın atdığı addımlar sayəsində nail ola bildik. Biz strateji əməkdaşlığımızı davam etdirmək əzmindəyik”, - K.Simson fikrini yekunlaşdırıb.