Minifutbol üzrə Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində ilk qələbəsini qazanıb.
"Unikal" xəbər verir ki, yığmamız A qrupundakı ikinci oyununda İtaliya millisi ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən matçda millimiz rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Millimizin heyətində Rəvan Kərimov və Mirmehdi Rzayev fərqləniblər.
Qeyd edək ki, yığmamız ilk turda Çexiya seçməsi ilə qarşılaşıb və matçda hesab açılmayıb.