Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katlerlə müzakirə etdiyi məsələlər açıqlanıb.
“Unikal” xəbər verir ki, bu barədə D.Katler tviterdə yazıb:
“Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”.
O səmərəli müzakirəyə və 20 ildən artıqdır davam edən tərəfdaşlığa görə Azərbaycana təşəkkür edib.