"Snayperləri cəbhə xəttindən yığışdırın"
Hillari Klinton: "Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər"
"Qarabağ münaqişəsi yalnız dinc yolla həll edilərsə, regionda sabitliyi, təhlükəsizliyi və sülhü qorumaq mümkündür". Bu sözlər ABŞ dövlət katibi Hillari Klintonun erməni diasporuna göndərdiyi məktubundandır.
Ameriyadakı ən böyük erməni təşkilatı olan ANKA-ya ünvanlanmış məktubda vurğulanır ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin tezliklə həllinə çalışır. "Dəfələrlə Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərə yardımçı olacağımızı bildirmişik. Və hesab edirik ki, yalnız bu şəkildə sülhə nail olmaq mümkündür".
Klinton daha sonra yazıb ki, ABŞ-ın mövqeyi bəllidir və dəyişməyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton münaqişə tərəflərini xoşagəlməz addımlar atmaqdan çəkindirməyə çalışır. "Hər dəfə Qarabağ münaqişəsinin hərbi yolla həlli variantının qaldığını vurğulamaqla demək istəyirik ki, bu bölgənin təhlükəsizliyi üçün ciddi təhdiddir. Biz ölümlərə heyfislənirik və tərəfləri müvafiq addımlar atmağa çağırırıq. Münaqişə tərəflərinə çatdırırıq ki, snayperləri cəbhə xəttindən yığışdırsınlar. Çünki bu danışıqlar prosesinin yaxşılaşdırılmasına xidmət edən addımdır. Azərbaycan və Ermənistan tərəfini lazımsız ölümlərdən qaçmağa və atəşkəs rejiminin qorunub saxlanılmasına çağırırıq".
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
