ABŞ Cənubi Qafqazda bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlıdır.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.
Ceyk Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.