"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının (APL) 28-ci turunda "Vest Hem Yunayted"lə oyunda qola imza ataraq rekorda imza atıb.
"Unikal" xəbər verir ki, "şəhərlilər" qarşılaşmada 3:0 hesabı ilə qalib gəliblər.
Bu qol sayəsində Holann turnirdəki fərqlənmə hesabını 35-ə çatdırıb. O, bununla Premyer Liqada ümumi qol rekordunu qırıb. Siyahıdakı Endi Koulun (1993/94 mövsümündə) və Alan Şirerin (1994/95) hər birinin 34 qolu var - onlar 42 turda 22 komanda ilə çempionatda qol vurublar.
“Vest Hem” üzərində qələbədən sonra Xosep Qvardiolanın yetirmələri 33 matçda 79 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində birinci pilləyə yüksəliblər. “Arsenal” 34 oyundan sonra 78 xalla ikinci yerdədir. İlk 3-lüyü 33 matçda 65 xal toplayan "Nyukasl Yunayted" qapayır.
Çempionlar Liqasında " Mançester Siti"ni turnirin yarımfinalında "Real Madrid"lə qarşıdurma gözləyir. İlk oyun mayın 17-də Mançesterdə keçiriləcək.