Bakıda beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə Rusiya-Azərbaycan idarələrarası məsləhətləşmələri keçirilib.
"Unikal" xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələr zamanı Rusiya və Azərbaycan hökumətləri arasında əməkdaşlıq haqqında Sazişin icrası çərçivəsində ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə əsaslı fikir mübadiləsi aparılıb.
Tərəflər Rusiya və Azərbaycanın BMT Nizamnaməsinin prinsipləri əsasında informasiya sferasında təhdidlərin qarşısının alınmasına yanaşmalarının yaxınlığını təsdiqləyiblər.
Məsləhətləşmələrin nəticələrinə əsasən, 2023-2025-ci illər üçün beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin həyata keçirilməsi planının layihəsi razılaşdırılıb.