Ermənistan hakimiyyətinin atdığı addımlar bəyan etdiyi mövqedən fərqlənir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, Ermənistanın normallaşma prosesində səmimi olmadığını vurğulayıb.
“Azərbaycan səmimidir, sülh istəyir və bunu təklif edib. Siz bir tərəfdən Qarabağ Azərbaycandır deyirsiniz, amma digər tərəfdən isə Qarabağa fərqli yollarla silahlı dəstələr göndərirsiniz. Bəyanat imzalandı, amma Zəngəzur dəhlizilə bağlı addım atılmadı”, - deyə nazir əlavə edib.
Çavuşoğlunun sözlərinə görə, Ermənistanın bu addımları Rusiya, ABŞ və Avropa ölkələrini də narahat edir:
“Qərb də Ermənistanın Qarabağa qeyri-qanuni olaraq silah və əsgər göndərdiyini təstiq edib. Təəssüf ki, istədiyimiz səmimiyyəti görmürük. Normallaşma prosesinə onların daha çox ehtiyacı var”.
Türkiyəli nazir, həmçinin Ermənistanın paytaxtı İrəvanda terrorçulara açılan “Nemezis” abidəsinin açılmasının qəbuledilməz olduğunu da diqqətə çatdırıb.