Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
“Unikal" xəbər verir ki, nazir Leo Dokerti Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizahçısı kimi rolunun günbəgün artdığını, onun mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib.
Spiker Sahibə Qafarova Azərbaycan və Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərdən söz açaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dinamik inkişafını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.