Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXXIII turun daha bir oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, "Zirə" səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq. Görüşü Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Paytaxt təmsilçisi 42 xalla 5-ci, bölgə klubu 23 xalla 9-cu pillədə qərarlaşıb.
Komandalar indiyədək Premyer Liqada 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Şamaxı", 11-də "qartallar" qələbə qazanıb. 13 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də "Zirə"nin üstünlüyü var - 36:29.
16:30. “Şamaxı” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun "Turan Tovuz" - "Neftçi", "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" qarşılaşması isə mayın 8-də baş tutacaq.