Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatası zamanı flaşmob təşkil edilib. 

"Unikal" xəbər verir ki, 250 nəfər könüllünün iştirakı ilə keçirilən flşamobda sonsuzluq simvolunu əks etdirən 100 rəqəmi nümayiş etdirilib.