Naxçıvanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Naxçıvanda doğulduğu yerdə Bakıda yaşayan və Ankaradan akkreditə olunmuş diplomatik korpusla birgə qeyd edilib. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq və bütün region üçün yeni imkanlar yaranacaq", - deyə ölkə rəhbərinin köməkçisi bildirib.
100th Anniversary of National Leader Heydar Aliyev celebrated in Nakhchivan, in his birthplace with diplomatic corps resided in Baku and accredited from Ankara. With opening of Zangazur Corridor Nakhchivan's blockade will end and new opportunities will emerge for entire region. pic.twitter.com/wGWPvpyszm
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 6, 2023