"Çelsi" PSJ-nin braziliyalı hücumçusu Neymarın transferində maraqlıdır.
"Unikal" "Sky Sports"a istinadən xəbər verir ki, ingilis klubunun sahibi Todd Boely hücumçunun transferini Paris prezidenti Nasser Al-Khelaifi ilə müzakirə edib.
Qeyd edək ki, mayın 4-də 31 yaşlı Neymarın PSJ-dən getməyə hazırlaşdığı açıqlanmışdı. Məlum olub ki, Paris komandası 2023-cü ilin yayında hücumçu ilə ayrılmaq istəyir.
Ağarza Elçinoğlu