İtaliya A Seriyasının 34-cü turunda "İnter" öz meydanında "Roma"nı qəbul edib.

"Unikal" xəbər verir ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "İnter"də qolları Federiko Dimarko və Romelu Lukaku vurublar.

Xallarını 64-ə çatdıran Simone İnzaginin komandası "Yuventus"a çatıb və hazırda 4-cü pillədədir. "Canavarlar" isə 68 xalla 7-ci yerdə qərarlaşıb.